Döymə üçün “printer” hazırlandı
23 fevral 2023 13:02 (UTC +04:00)

Döymə üçün “printer” hazırlandı

Döymə  üçün portativ "printer" hazırlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o tezliklə Barselonada (İspaniya) Mobil Dünya Konqresində təqdim olunacaq.

Məlumata görə, portativ döymə cihazı Cənubi Koreyanın “LG Household & Health Care” şirkəti tərəfindən düzəldilib. Bu yeni cihazda dəri üzərində təsvirləri çap etmək üçün kosmetika məhsullarından istifadə edilir.

Siz mövcud verilənlər bazalarından nümunə seçə və ya cihaza qoşulmuş mobil proqrama yenisini yükləyə bilərsiniz. Şəkil təxminən 24 saat həmin qurğuda saxlanılır.

İlkin olaraq cihaz Cənubi Koreyada satışa çıxarılacaq. ABŞ və Avropada ilin ikinci yarısından sonra təqdim olunacağı gözlənilir. “Printer” özünəməxsus fərqliliyini nümayiş etdirmək istəyən gənclər üçün yaradılıb.

# 2730
avatar

Sevinc Fərid

Oxşar yazılar