Ən yüngül ekzoplanetin  fotoları təqdim olundu
22 fevral 2023 15:28 (UTC +04:00)

Ən yüngül ekzoplanetin fotoları təqdim olundu

Ən yüngül ekzoplanetin (Günəş sistemindən kənar planet) şəkilləri təqdim olunub. 

Lent.az xəbər verir ki, şəkillər Çilidəki Avropa Cənub Rəsədxanası tərəfindən idarə olunan teleskopla çəkilib. 

Məlumata görə, kosmik obyekt Yerdən 87,5 işıq ili uzaqda, səmanın cənub yarımkürəsində yerləşir.

Astronomlar bu ekzoplanetin kainatdakı ən yüngül ekzoplanet olduğunu iddia edirlər. “AF Leporis” adlı bu planetin 24 milyon yaşı olduğu deyilir. 

Xatırladaq ki, bundan əvvəl Qırmızı Planetdə opal daş kəşf edilmişdi. ABŞ-ın Arizona Universitetinin alimləri onun potensial su mənbəyi olduğuna inanırlar. 


 

# 2052
avatar

Sevinc Fərid

Oxşar yazılar