İlon Maskın şirkətinə qarşı  araşdırılma başladıldı   - SƏBƏB
22 fevral 2023 12:19 (UTC +04:00)

İlon Maskın şirkətinə qarşı araşdırılma başladıldı - SƏBƏB

ABŞ Nəqliyyat Departamenti İlon Maskın “Neuralink” şirkətinə qarşı araşdırma başladıb. 

Lent.az xəbər verir ki, araşdırmaya səbəb şirkətin təhlükəli patogenlərin qanunsuz daşınması ilə bağlıdır. 

Departament sözçüsü bildirib ki, araşdırmaya Məsul Tibb üzrə Həkimlər Komitəsinin (PCRM) qeyri-kommersiya təşkilatının müraciətindən sonra başlanılıb.

Onlar şirkətin təhlükəli patogenləri və meymun beyinlərindən çıxarılan implantları qeyri-qanuni şəkildə daşıdığını göstərən e-poçt və digər sənədlər əldə etdiklərini söyləyib. 

Açıqlamada beyindən çıxarılan implantların təhlükəli xəstəliklərin daşıyıcısı ola biləcəyi bildirilib.

Qeyd edək ki, 2018-ci ildən bəri İlon Maskın şirkətinin sınaqlarına görə 1500 heyvanın öldüyü məlum olub. 
 

# 2109
avatar

Sevinc Fərid

Oxşar yazılar