“iPhone 15 Plus”un  şəkilləri yayıldı - Çərçivələri daha nazik olacaq
28 fevral 2023 11:03 (UTC +04:00)

“iPhone 15 Plus”un şəkilləri yayıldı - Çərçivələri daha nazik olacaq

“iPhone 15 Plus” telefonun CAD render görüntüləri təqdim edilib. 

Lent.az “9to5mac” saytına istinadən xəbər verir ki, yeni smartfon “iPhone 14 Plus” telefonundan bir qədər fərqlənəcək.

Belə ki, “iPhone 15 Plus”un USB Type-C girişi olacaq. 

Bundan başqa, telefonun ekranından Dynamic Island çıxıntısının olacağı gözlənilir. Həmçinin, smartfonun ekran ətrafı çərçivələri digərlərinə müqayisədə nazik olacaq. 

Qeyd edək ki, “Apple” şirkəti “iPhone 15” seriyalı telefonları sentyabr ayında təqdim edəcək.


 

# 2622
avatar

Sevinc Fərid

Oxşar yazılar