“iPhone” istifadəçilərinin  hakerlərdən qorunma yolları
03 mart 2023 12:27 (UTC +04:00)

“iPhone” istifadəçilərinin hakerlərdən qorunma yolları

Kompüter elmləri professoru Vitali Şmatikov “iPhone” istifadəçilərinin şəxsi məlumatlarını hakerlərdən qorumağın üç yolunu sadalayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis Şmatikov “iPhone” cihazlarında şifrədən istifadə etməyi məsləhət görüb. 

Onun sözlərinə görə bu ən vacib qorunma yollarından biridir. Bunun üçün parol yaradan və saxlayan xüsusi proqramdan istifadə etmək də tövsiyə edilir. 

Bundan əlavə, professor istifadəçilərin iki faktorlu identifikasiya istifadəsinə keçid etməyi bildirib. Yəni təkcə, şifrə ilə deyil, həm də “iPad” və ya “Apple Watch” kimi başqa cihazlardan istifadə edərək daxil olmağı məsləhət görüb.

Şmatikovun fikrincə, təsdiqləmənin ikinci mərhələsi kimi SMS mesajlarından deyil, “Google Authenticator” və ya “Duo” kimi xüsusi proqramlardan istifadə etmək daha yaxşıdır.

Mütəxəssis hakerlərə qarşı aparılan mübarizədə  “Touch ID” və ya “Face ID”nin mütləq istifadə edilməsini tövsiyə edib.

# 2037
avatar

Sevinc Fərid

Oxşar yazılar