Köhnə smartfonu atmamağın 5 SƏBƏBİ
06 dekabr 2023 19:32 (UTC +04:00)

Köhnə smartfonu atmamağın 5 SƏBƏBİ

Bir çox insanlar yenisini aldıqdan sonra köhnə telefonlarından imtina edirlər.

Lent.az xəbər verir ki, bu səhv addımdır. Belə ki, köhnə smartfonlar hələ də istifadəçi üçün faydalı ola bilər. Düzdür işləmə mexanizmi aşağı olsa da, ondan istifadə etmək mümkündür. 

Köhnə mobil cihazları atmamağınız üçün aşağıdakı səbəblər kifayətdir. 

Siqnal

Bu proqram hətta ən köhnə smartfonlarda da mövcuddur. Köhnə cihazınızda siqnal funksiyasından istifadə edə bilirsinizsə,  niyə yeni cihazda həyəcan siqnalı təyin edəsiniz ki? 

Yardımçı cihaz 

Yeni telefonlarınızda musiqiyə qulaq asmaqla onun şarjını tez bitirə bilərsiniz. Buna görə də batareya enerjisinə qənaət edin və musiqiyə qulaq asmaq, müxtəlif oyunlar oynamaq istəyəndə köhnə qacetdən istifadə edin.

Elektron kitab

Demək olar ki, yuxarıda qeyd etdiyimiz səbəblərlə eyni mahiyyəti daşıyır. Yeni smartfonun şarj səviyyəsinin düşməməsi üçün elektron kitabları köhnə telefonunuza yükləyin. 

Naviqator

Yeni smartfonunuzda bir çox şeylərlə məşğul olursunuz. Buna görə də o avtomobildə GPS naviqatoru kimi müntəzəm olaraq istifadə oluna bilməz. Ancaq köhnə cihaz bu vəzifənin öhdəsindən çox yaxşı gələ bilər. 

Ehtiyat smartfon

Və çox vacib bir məqamı unutmayın. Yeni aldığınız mobil cihaz gözlənilmədən uğursuz ola bilər. Belə olan halda, əvvəllər istifadə etməkdən imtina etdiyiniz cihaz sizə köməyə gələcək.

# 15372
avatar

Sevinc Fərid

Oxşar yazılar

Bu ölkədə VPN   qadağan edildi

Bu ölkədə VPN qadağan edildi

1 mart 2024 , 21:00
İlk süni intellekt funksiyaları  olan smartfon

İlk süni intellekt funksiyaları olan smartfon

1 mart 2024 , 18:30
Bu son model saata meteorit parçaları  əlavə olunub

Bu son model saata meteorit parçaları əlavə olunub

1 mart 2024 , 17:36
“Samsung”un yeni qatlana bilən  telefonları necə olacaq? - FOTO

“Samsung”un yeni qatlana bilən telefonları necə olacaq? - FOTO

1 mart 2024 , 16:33
Dünyanın ən güclü telefonu AÇIQLANDI

Dünyanın ən güclü telefonu AÇIQLANDI

1 mart 2024 , 14:00
Günəşdən 28 milyard dəfə  ağır cisimlər aşkarlandı

Günəşdən 28 milyard dəfə ağır cisimlər aşkarlandı

1 mart 2024 , 13:15
“Samsung”dan yeni  sərfəli qiymətə   TELEFON

“Samsung”dan yeni sərfəli qiymətə TELEFON

1 mart 2024 , 12:48
Avtomobilinizi  yaza   hazırlamaq üçün   5 vacib addım

Avtomobilinizi yaza hazırlamaq üçün 5 vacib addım

29 fevral 2024 , 19:37