“Nokia” yeni telefonunu  təqdim etdi: Özünü təmir edə bilir
27 fevral 2023 12:19 (UTC +04:00)

“Nokia” yeni telefonunu təqdim etdi: Özünü təmir edə bilir

“Nokia” şirkəti yeni “G22” smartfonunu təqdim edib. 

Lent.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. 

Məlumata görə, cihaz problem yarandıqda özünü təmir üçün nəzərdə tutulmuş modul dizayna malikdir. Belə ki, smartfon yaranan problemi bərpa edən xüsusi alətlərlə təchiz edilib. 

Yeni telefon smartfon 6,53 düymlük displey, 50 meqapiksellik kamera, barmaq izi skaneri və üç illik Android yeniləmə zəmanətinə malikdir. “Nokia G22”nin qiyməti 150 funt-sterlinq, yəni təxminən 316 manat təşkil edəcək.


 

# 24249
avatar

Sevinc Fərid

Oxşar yazılar