Noutbukda  niyə səslər yaranır?  - Mütəxəssislər səbəbi açıqladılar
02 may 2023 17:35 (UTC +04:00)

Noutbukda niyə səslər yaranır? - Mütəxəssislər səbəbi açıqladılar

Əgər laptopunuz bir il əvvəl indiki kimi səs-küylü deyildisə, deməli, onun soyutma sistemini təmizləmək lazımdır. 

Lent.az xəbər verir ki, vaxt keçdikcə hər bir noutbuk istifadəçisi cihazdan müəyyən səslərin gəlməsi ilə qarşılaşır. 

Bəs, bu niyə baş verir? 

Yeni bir portativ kompüter satın almısınızsa, çox güman ki, hər şey qaydasındadır. Cüzi səsin gəlməsi isə normaldır. Bu, cihazın içərisində fanın fırlanması səbəbindən görünən təbii səsdir. Əgər laptopunuz bir ildən artıq sizdədirsə və indiki kimi əvvəllər səs-küy yaratmayıbsa, bu zaman soyutma sistemini təmizləməyiniz gərəkdir.   

Cihazın soyutma sistemində çoxlu miqdarda tozun yığılması noutbukun ağır işləməsinə səbəb olur. 

Əgər bu təmizləmə kömək etmirsə, laptopu sökməli olacaqsınız. Bəzən noutbukda səslər tozdan deyil, müəyyən hissələrin işləməsindəki nasazlıqlara görə yaranır. Belə vəziyyətdə cihaz peşəkarlara göstərilməlidir. Təbii ki, bunun üçün xidmət mərkəzinə yaxınlaşmağınız məsləhətdir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2778

Oxşar yazılar