Rəngini dəyişə bilən  telefon təqdim edildi
01 mart 2023 09:48 (UTC +04:00)

Rəngini dəyişə bilən telefon təqdim edildi

Çinin “Tecno” şirkəti arxa panelinin rəngi dəyişən konseptual smartfon təqdim edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, cihaz MWC 2023 sərgisində nümayiş olunub. 

Telefon 1600 rəng və çalar arasında keçid edə bilən arxa panelə malikdir. Panel özü isə smartfonun arxasına dəydikdə işığı səpələyən submikron prizmaya sahibdir. 

Buqələmun smartfonunun arxa panelinin resursu iki milyon keçid üçün nəzərdə tutulub. Belə ki, cihaz sahibi gündə təxminən 100 dəfə smartfonun rəngini dəyişə bilər. Arxa panel az batareya enerjisi sərf edir. Yəni rəngdəyişmə prosesi 5 dəqiqəlik bir videoya baxıldıqda sərf olunan enerji qədər sarj aparır. 


 

# 2556
avatar

Sevinc Fərid

Oxşar yazılar