“Samsung” yeni modellərinin  xüsusiyyətlərini açıqladı
04 dekabr 2023 12:51 (UTC +04:00)

“Samsung” yeni modellərinin xüsusiyyətlərini açıqladı

“Samsung”un yeni flaqmanlarının texniki xüsusiyyətləri açıqlanıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Samsung Galaxy S24” 8 giqabayt operativ yaddaşa malik olacaq.

Mütəxəssislərin fikrincə, 2024-cü ilin əvvəlində Koreya şirkəti üç yeni cihaz təqdim edəcək - Galaxy S24, Galaxy S24+ və Galaxy S24 Ultra. Qurğuların əsas versiyalarında səkkiz giqabayt operativ yaddaş olmasına baxmayaraq, qabaqcıl modellər 12 giqabayt RAM alacaq.

Ancaq 16 giqabayt operativ yaddaşa malik versiya yoxdur. Bu fakt isə bir çox istifadəçiləri təəccübləndirib. Çünki hələ 2020-ci ildə buraxılan “Galaxy S20 Ultra” modeli 16 giqabayt yaddaşa malik təkmil versiyaya malik idi.

Bildirilir ki, “Galaxy S24” və “S24+” satış bölgəsindən asılı olaraq “Snapdragon 8 Gen 3” və ya “Exynos 2400” prosessoru ilə təchiz olunacaq.

Qeyd edək ki, “Samsung Galaxy S24” modelli telefonların yanvarın 17-də ABŞ- da keçiriləcək təqdimatda nümayiş olunacağı ehtimal edilir. Cihazlar yanvarın 30-dan satışa çıxarılacaq.

# 12141
avatar

Sevinc Fərid

Oxşar yazılar

Bu ölkədə VPN   qadağan edildi

Bu ölkədə VPN qadağan edildi

1 mart 2024 , 21:00
İlk süni intellekt funksiyaları  olan smartfon

İlk süni intellekt funksiyaları olan smartfon

1 mart 2024 , 18:30
Bu son model saata meteorit parçaları  əlavə olunub

Bu son model saata meteorit parçaları əlavə olunub

1 mart 2024 , 17:36
“Samsung”un yeni qatlana bilən  telefonları necə olacaq? - FOTO

“Samsung”un yeni qatlana bilən telefonları necə olacaq? - FOTO

1 mart 2024 , 16:33
Dünyanın ən güclü telefonu AÇIQLANDI

Dünyanın ən güclü telefonu AÇIQLANDI

1 mart 2024 , 14:00
Günəşdən 28 milyard dəfə  ağır cisimlər aşkarlandı

Günəşdən 28 milyard dəfə ağır cisimlər aşkarlandı

1 mart 2024 , 13:15
“Samsung”dan yeni  sərfəli qiymətə   TELEFON

“Samsung”dan yeni sərfəli qiymətə TELEFON

1 mart 2024 , 12:48
Avtomobilinizi  yaza   hazırlamaq üçün   5 vacib addım

Avtomobilinizi yaza hazırlamaq üçün 5 vacib addım

29 fevral 2024 , 19:37