Şəkilləri USB-siz  telefondan kompüterə necə köçürmək olar?
03 mart 2023 15:03 (UTC +04:00)

Şəkilləri USB-siz telefondan kompüterə necə köçürmək olar?

Şəkilləri və videoları telefondan kompüterə köçürmək üçün çox vaxt USB-lərdən istifadə edilir. Ancaq bu da müəyyən bir vaxt itkisidir. 

Lent.az xəbər verir ki, sadəcə internet vasitəsilə kabel olmadan da şəkilləri kompüterə köçürmək mümkündür. 

Bunun üçün sadəcə teleqram messenceri kifayətdir. Teleqram hesabınızı kompüterdə açırsınız. Burada qalereya daxil olaraq istədiyiniz faylları  messencerdəki hesabınıza göndərin. Bundan həmin şəkilləri və videoları kompüterin yaddaşında saxlayın. İstədiyiniz qovluğa əlavə edin. 

# 3276
avatar

Sevinc Fərid

Oxşar yazılar