Təzə noutbukların   qiymətləri neçəyədir?
06 oktyabr 2023 12:53 (UTC +04:00)

Təzə noutbukların qiymətləri neçəyədir?

HP şirkəti “HP Chromebook Plus” adlı daha bir “Chromebook”u təqdim edib. 

Lent.az xəbər verir ki, HP-nin sözügedən noutbuku 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 15.6 düym ekranla təchiz edilib.

Ekranın yuxarı çərçivəsində isə Full HD keyfiyyətli veb kamera quraşdırılıb. “HP Chromebook Plus” Intel Core i3-N305 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB-lıq SSD-ni birləşdirir. 

Şirkətin verdiyi məlumata əsasən noutbuk bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışa bilir. HP Chromebook Plus 2 ədəd USB-C girişinə, 1 ədəd USB-A girişinə və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə sahibdir. Noutbuk bu həftənin sonuna kimi satışa çıxacaq və onun qiyməti 500$-dan start götürəcək.


 

# 5355
avatar

Oxşar yazılar