"Tiktok"da uşaqlar üçün  daha bir QADAĞA
02 mart 2023 10:40 (UTC +04:00)

"Tiktok"da uşaqlar üçün daha bir QADAĞA

“Tiktok” video platforması azyaşlılar üçün müəyyən məhdudiyyətlər tətbiq edib. 

Lent.az xəbər verir ki, bundan sonra 18 yaşdan kiçik olan istifadəçilər gün ərzində “Tiktok”da 1 saatdan çox video izləyə bilməyəcəklər. 

Belə ki, 1 saat limiti keçildikdə istifadəçiyə yenidən kodun daxil olunması tələb olunacaq. Parolu yazdıqdan sonra yenidən tətbiqdən istifadə etmək mümkün olacaq. Amma onu da qeyd edək ki, bu funksiyanı deaktiv etmək mümkün olacaq. 

Bu limitin əsasən 13 yaşına kimi olan uşaqlar üçün olduğu bildirilir. 

# 2037
avatar

Sevinc Fərid

Oxşar yazılar