“Windows 10”da  son yeniləmə olacaq
01 may 2023 13:18 (UTC +04:00)

“Windows 10”da son yeniləmə olacaq

0

“Windows 10” 22H2 məşhur əməliyyat sistemin son versiyası olacaq. 

Lent.az xəbər verir ki, “Microsoft” şirkəti bundan sonra “Windows 10” üçün yenilikləri buraxmayacağını açıqlayıb.

İT nəhənginin nümayəndələri qeyd ediblər ki, 2022-ci ilin oktyabrındakı “Windows 10” 22H2 yeniləməsi əməliyyat sistemi üçün sonuncu böyük yeniləmə olacaq. 

Məlumata görə, “Windows 10”a dəstək 14 oktyabr 2025-ci ilə qədər davam edəcək. 

O da qeyd edilib ki, bir çox istifadəçilər müəyyən səbəblərdən “Windows 11”ə keçə bilmir. Bu zaman çalışıb 22H2 yeniləməsini quraşdırmalıdırlar.

Xatırladaq ki, “Windows 10” əməliyyat sistemi 2015-ci ilin iyulunda buraxılıb. ƏS 32 bitlik prosessorları dəstəkləyir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3309

Oxşar yazılar