İraq 93 iranlı hərbçinin cəsədinin qalıqlarını İrana qaytardı
11 yanvar 2016 16:02 (UTC +04:00)

İraq 93 iranlı hərbçinin cəsədinin qalıqlarını İrana qaytardı

İran-İraq müharibəsi zamanı (1980-1988-ci illər) həlak olmuş 93 iranlı hərbçinin cəsədlərinin qalıqları İrana qaytarılıb.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, müvafiq addım İraq rəhbərliyinin qərarına əsasən atılıb.

 

Cəsədlərin qalıqlarının qaytarılması mərasimi İran-İraqsərhədindəki Şalamça sərhəd-keçid məntəqəsində baş tutub. Cəsədlərin qalıqlarının qaytarıldığı əsgərlərin əksəriyyəti 1998-ci ildə Fao yarımadası və Məcnun adalarında həlak olub.

 

Tabutlar İranın Ahvaz şəhərinə gətirilib. Matəm mərasimindən sonra cəsədlərin qalıqları torpağa tapşırılacaq.

# 298
avatar

Oxşar yazılar