Bakıda polisdən qaçan motosikletçi narkokuryer imiş - VİDEO
26 aprel 2024 13:23 (UTC +04:00)

Bakıda polisdən qaçan motosikletçi narkokuryer imiş - VİDEO

Bəzi sosial şəbəkə səhifələrində paytaxtın Nizami rayonunda metronun “Koroğlu” stansiyasının yaxınlığında dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsünün yol polisinə tabesizlik göstərərək qaçmasını özündə əks etdirən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Lent.az-a bildirib ki, Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən görüntülərdəki motosikletin sürücüsü 22 yaşlı Tofiq Taleh oğlu Əliyev saxlanılıb.

Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. Bu səbəbdən T.Əliyev yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib. Onun çantasına baxış zamanı külli miqdarda müxtəlif növdən olan narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb.

Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4700

Oxşar yazılar

APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

17 iyun 2025 , 10:00
Təbrizdə partlayışlar oldu - VİDEO

Təbrizdə partlayışlar oldu - VİDEO

14 iyun 2025 , 13:17
İran raketlərinin fonunda toy  - Baxa-baxa oynadılar - VİDEO

İran raketlərinin fonunda toy - Baxa-baxa oynadılar - VİDEO

14 iyun 2025 , 12:28
Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

Tehranda 60 nəfər ölüb, 20-i uşaqdır - VİDEO

14 iyun 2025 , 12:15
İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

İsrail İran PUA-sını belə məhv etdi - VİDEO

14 iyun 2025 , 10:15
Bulvarda kişi dənizə düşdü - VİDEO

Bulvarda kişi dənizə düşdü - VİDEO

13 iyun 2025 , 17:22
Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

Qırmızıda dayanmayıb qəza törətdilər - HADİSƏ ANI

13 iyun 2025 , 13:39
İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

İsrailin İrana atdığı raket belə məhv edildi - VİDEO

13 iyun 2025 , 12:09