İlham Əliyev “Goetzpartners” şirkətinin icraçı direktoru ilə görüşüb
12 fevral 2016 18:08 (UTC +04:00)

İlham Əliyev “Goetzpartners” şirkətinin icraçı direktoru ilə görüşüb

 

 

Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşü olub.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzparners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söyləyib. Dövlət başçısı “Goetzparners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət edib.

Stefan Qötz isə öz növbəsində dəvətə görə minnətdarlığını bildirib.

Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

# 95
avatar

Oxşar yazılar