Hollivud ulduzu Merkelin qaçqın siyasətini dəstəklədi
12 fevral 2016 22:38 (UTC +04:00)

Hollivud ulduzu Merkelin qaçqın siyasətini dəstəklədi

Hollivud ulduzu, məşhur amerikalı aktyor Corc Kluney Almaniya kansleri Anqela Merkel ilə qaçqın böhranı mövzusunda danışıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə məlumat Almaniya mətbuatında yer alıb.

 

Məlumata görə, 54 yaşlı aktyor görüşə vəkil olan xanımı Amal Kluney ilə gedib.

 

Görüşə İngiltərənin sabiq xarici işlər naziri Devid Miliband da qatılıb.

 

Görüşdən bir gün əvvəl açıqlama verən C.Kluney, A.Merkelin qaçqın böhranı mövzusundakı siyasətini dəstəklədiyini bildirmişdi.

 

Amerikalı aktyor A.Merkələ bu mövzuda əlindən gələn köməkliyi edə biləcəyini də söyləyib.

# 201
avatar

Oxşar yazılar