İran Səudiyyə Ərəbistanını əməkdaşlığa çağırdı
12 fevral 2016 23:37 (UTC +04:00)

İran Səudiyyə Ərəbistanını əməkdaşlığa çağırdı

Yaxın Şərqdə, o cümlədən Suriyada sabitliyə nail olmaq naminə İran və Səudiyyə Ərəbistanı münasibətlərində olan gərginliyi aradan qaldırmalıdırlar.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

 

“Biz birgə işləməliyik”, deyə İran XİN rəhbəri Münhendə keçirilən təhlükəsizlik sammitində bildirib.

 

Onun sözlərinə görə, hər iki tərəf regional problemlərin həllində bir-birilərinin maraqlarını nəzərə almalıdır: “Biz Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə hazırıq. Hesab edirəm ki, ölkələrimiz Suriya barədə də ortaq məxrəcə gəlməyə qadirdir”. 

# 204
avatar

Oxşar yazılar