Tayvanda zəlzələ qurbanlarının sayı 108-ə çatdı
13 fevral 2016 06:28 (UTC +04:00)

Tayvanda zəlzələ qurbanlarının sayı 108-ə çatdı

Tayvanda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 108-ə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 98 nəfərin öldüyü təsdiq olunmuşdu.

 

Ölənlərdən 106-sı Taynan şəhərindəki 17 mərtəbəli yaşayış binasının sakinləridir. Son məlumatlara əsasən, 9 nəfərin taleyi məlum deyil, onları sağ tapmaq ehtimalı cüzidir.

 

Yerli hüquq-mühafizə orqanları binanı inşa edən şirkətin rəhbərlərini həbs edib. İlkin ehtimala əsasən, bina tikinti zamanı yol verilən səhlənkarlıq ucbatından yeraltı təkanlara tab gətirməyib.

 

Xatırladaq ki, fevralın 6-a keçən gecə Tayvanda 6,4 bal gücündə zəlzələ baş verib. Taynan şəhərinin müxtəlif bölgələrində 10-dək tikili qismən dağılıb, 17 mərtəbəli “Veyquan” yaşayış kompleksi isə tamamilə dağılıb. 

# 213
avatar

Oxşar yazılar