Milli üzvü oynadı, komandası qalib gəldi
14 fevral 2016 10:21 (UTC +04:00)

Milli üzvü oynadı, komandası qalib gəldi

Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə "Duysburq"la qarşılaşıb.

 

Oyun "Karlsrue"nin minimal hesablı qələbəsiylə nəticələnib. Nazarov matçın 61-ci dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, 21 turdan sonra hesabında 29 xal olan "Karlsrue" 9-cu pillədə qərarlaşıb.

 

Almaniya 2-ci Bundesliqası

XXI tur

 

13 fevral

Duysburq – Karlsrue - 0:1

Qol: Torres, 1

# 195
avatar

Oxşar yazılar