Uşaq yükləndikcə, təhsilin keyfiyyəti azalır – <span style="color:red;">Həkimdən XƏBƏRDARLIQ
17 sentyabr 2019 15:46 (UTC +04:00)

Uşaq yükləndikcə, təhsilin keyfiyyəti azalır – Həkimdən XƏBƏRDARLIQ

Valideynlərin bir çoxu uşaqların yaddaşını, təfəkkürünü və digər psixi xüsusiyyətlərini nəzərə almadan, onları öyrənə biləcəklərindən daha çox yükləyirlər.
 
Maraqlıdır, uşaqların çox yüklənməsinin onlara mənfi təsiri ola bilərmi?
 
Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan pediatr Günay Rəsulova bildirib ki, uşaqları dərslərlə normadan artıq yükləmək, gələcəkdə onların təhsilə marağının azalmasına gətirib çıxara bilər:
 
“Məktəbə gedənlər ilə birlikdə bəzən məktəbəqədər hazırlığa gedən uşaqları da çox yükləyirlər. Məsələn, elə uşaqlar var ki, 1-ci sinfə getmir, amma artıq vurma cədvəlini bilir. Bu mənə görə dəhşətli bir şeydir. Onlar yükləndikcə, təhsilin keyfiyyəti və inkişafı da aşağı düşür. Uşaq məktəbə artıq işgəncə kimi baxır.
 
Uşaqların yaşa və götürmə qabiliyyətinə görə dərslə yüklənməsi fərqli olmalıdır. Xarici ölkələrin dərs cədvəlinə nəzər yetirsək görərik ki, başqa ölkələrdə kiçik yaşlı uşaqlara verilən dərslər, dünya görüşünü artırmaq üçün oyun üzərində qurulur. Bizdə isə bunun əksini edirlər”. 
 
Günay Rəsulovanın sözlərinə görə, ibtidai sinif şagirdləri gün ərzində 10-11 saat yatmalıdır:
 
“Uşaqların yuxu saatına diqqət edilməlidir. Hər gün eyni saatda yatmalı, eyni saatda oyanmalıdır. Düzgün yuxu rejimi onların həm fiziki, həm də zehni yorğunluqlarını aradan qaldırır. Valideyn uşaqları dərs oxumaq üçün məcbur etməməlidir. 
 
Məktəblilər dərsdən gələndən sonra heç olmasa, bir saat istirahət edib, sonra dərslərini hazırlamalıdırlar. Yuxu uşaqların sağlamlığına ciddi təsir edir, yuxusuzluq onlarda aqressivlik yarada bilər”.
 
Həkim qeyd edib ki, uşaqlara dərsləri ilə yanaşı, əyləncə saatı da verilməlidir:
 
“Bəzən valideynlər uşağı qorxudurlar. Onların “Artıq məktəb açılır, tez yatmaq lazımdır, oyuncaqlarından imtina etməlisən” kimi sözləri uşaqların psixologiyasına mənfi təsir edir. Uşaqlara əyləncə saatı ayrılmalıdır ki, onlar məktəbə dəhşətli yer kimi baxmasınlar”.
 

 

# 1101
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar