Uşaq verilişlərində reklama məhdudiyyət qoyulur
17 sentyabr 2019 19:57 (UTC +04:00)

Uşaq verilişlərində reklama məhdudiyyət qoyulur

Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olacaq.
 
APA-nın məlumatına görə, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik təklif edilir.
 
Belə ki, qanuna yeni 12.3 və 12. 4-cü bəndlər əlavə edilir.
 
Yeni 12. 3-cü bəndə görə, uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
 
12.4-cü bənndə isə qeyd edilib ki, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarında ( telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir.
 
Qanun layihəsinə dəyişiklik Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.
# 538
avatar

Oxşar yazılar