Ərdoğan Türkiyədə törədilən terrordan danışdı
27 oktyabr 2020 02:11 (UTC +04:00)

Ərdoğan Türkiyədə törədilən terrordan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində İsgenderun rayon mərkəzində törədilən terror aktına mövqe bildirib. 

APA-nın yerli bürosunun xəbərinə görə, R.T.Ərdoğan rəsmi “Twıtter” səhifəsində yazıb ki, Hatayda baş verən terror hadisəsi Türkiyənin təhlükəsizlik qüvvələrinin apardıqları uğurlu əməliyyat nəticəsində qəhrəmanlıqla aradan qaldırılıb: “Bütün hataylılara keçmiş olsun, deyirəm”.

“Türkiyə artıq bu cür hücumların təşkil edildiyi, idarə olunduğu, məşğul edildiyi ölkə deyil. Təhlükəsizlik qüvvələrimizin fəallığı ilə ölkəmizin sərhədləri daxilində və xaricində terrorla və terrora dəstək verənlərlə mübarizə aparacağıq”, - deyə prezident vurğulayıb.

Qeyd edək ki, dünən yerli vaxtla 20.30-da iki terrorçu İsgenderunda terrora cəhd edərək, partlayış törədib, terror aktının qarşısı alınıb, onlar zərərsizləşdirlib.

 

# 850
avatar

Oxşar yazılar