Azərbaycanda qohum evlilikləri  qadağan edilir
12 mart 2024 11:49 (UTC +04:00)

Azərbaycanda qohum evlilikləri qadağan edilir

Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.

Lent.az xəbər verir ki, bunu Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib. 

O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur:

"Bu əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir"./APA

# 3162
avatar

Oxşar yazılar