Aytən Səfərovanı efirdə o əvəz etdi
22 aprel 2024 10:21 (UTC +04:00)

Aytən Səfərovanı efirdə o əvəz etdi

Tanınmış aparıcı Aytən Səfərovanı  Xəzər TV-nin "Xəbər ertəsi" verilişində jurnalist Ruzanna Kərimli əvəz edib.
 
Lent.az-ın xəbərinə görə, Ruzanna Kərimli  bu gün ilk dəfə Aytən Səfərlinin yerinə efirə çıxıb.

Qeyd edək ki, aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə müalicəsi davam etdirilir.


 

# 4113
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar