67 yaşlı sinqapurlu Teonq Min ikinci ailəsini 30 il birinci həyat yoldaşından gizlədib. Onun eşq macərası üzə çıxdıqda, məhkəmə qarşısına çıxarılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, təqsirləndirilən şəxs 1980-ci ildə orta məktəb sevgilisi ilə evlənib və daha sonra iki uşaq atası olub. On beş il sonra o, Malayziyanın Saravak şəhərində onun statusunu bilən başqa bir qadınla gizlicə evlənib və daha iki uşaq atası olub.
Minin ilk həyat yoldaşı həqiqəti yalnız 2025-ci ildə İmmiqrasiya və sərhəd mühafizəsi agentliyi (ICA) tərəfindən ona qarşı başlanan istintaq zamanı öyrənib. O, bu xəbərdən şoka düşüb və indi evliliyə son qoymaq niyyətindədir.
Qeyd olunur ki, kişi məhkəmədə tövbə edib və azadlığa çıxdıqdan sonra ən yaxşı ailə başçısı olacağına söz verib.

Min son ifadəsində deyib: "Qanuna sadiq qalacağıma və ola biləcəyim ən yaxşı ata, baba və ailə üzvü olacağıma söz verirəm. Ömrümün qalan hissəsini uşaqlarım və nəvələrim üçün təvazökarlıq, dürüstlük və məsuliyyət nümunəsi göstərməyə həsr etmək istəyirəm".
Nəticədə məhkəmə sinqapurluya bir il beş ay həbs cəzası verib.