"Müsəlmanlığımı  sorğulamağa   heç kimin haqqı yoxdur" - Azərbaycanlı aktrisadan  sərt cavab
19 oktyabr 2026 18:10 (UTC +04:00)

"Müsəlmanlığımı sorğulamağa heç kimin haqqı yoxdur" - Azərbaycanlı aktrisadan sərt cavab

0

Azərbaycanlı aktrisa Nesrin Cavadzadə sosial şəbəkələrdə onun barəsində səsləndirilən ittihamlara münasibət bildirib. O qeyd edib ki, vahid məktəbli forması ilə bağlı paylaşıma dəstək olduqdan sonra ünvanına tənqidlər səsləndirilib.

Lent.az xəbər verir ki, bu barədə "Instagram" sosial şəbəkəsində yazıb. 

“Əvvəlcə hər kəs bilməlidir ki, mənim türklüyümü, müsəlmanlığımı və ya inanclara göstərdiyim hörməti sorğulamaq heç kimin haqqı deyil”, – o qeyd edib.

Cavadzadə bir paylaşımı bəyənməsinə görə ona aid olmayan fikirlərin onun adına çıxılmasını, təhqirləri və şəxsi hüquqlarına hücumları qəbul etmədiyini vurğulayıb.

Aktrisanın sözlərinə görə, təhqir və hüquq pozuntusu xarakterli paylaşımlarla bağlı sübutlar toplanaraq vəkillərinə təqdim olunub. O, məsul şəxslərlə Türkiyə məhkəmələri qarşısında hesablaşacağını bildirib.

Cavadzadə məhkəmə yolu ilə əldə edəcəyi bütün təzminatları uşaqların təhsilinə dəstək məqsədilə “Darüşşafaka” Cəmiyyətinə və Türkiyə Təhsil Vəqfinə bağışlayacağını açıqlayıb.

“Kimliyim, inancım və dəyərlərim üzərindən məni nüfuzdan salmaq cəhdlərinin heç birinə boyun əyməyəcəyəm”, – aktrisa bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar