İkardidən şok İTTİHAM:  “Arvadıma təcavüz edib”
26 yanvar 2023 14:18 (UTC +04:00)

İkardidən şok İTTİHAM: “Arvadıma təcavüz edib”

Bu dəfə Mauro İkardi ilə Vanda Naranın münasibətlərində ilan hekayəsinə çevrilən gözlənilməz olay baş verib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, "Qalatasaray"ın super ulduzu Mauro İkardi "Spartak Moskva"nın uğurlu oyunçusu Keyta Baldenin “Instagram” hesabında paylaşdığı hekayə ilə evli olmasına baxmayaraq Vanda Naraya mesaj göndərdiyini açıqlayıb.

Argentinalı Vanda'nın qarşılıq vermədiyini müdafiə etməklə yanaşı Baldenin təcavüz mesajlarını açıqlayıb.

"Qalatasaray"ın ulduzu Mauro İkardi “Antalyaspor” oyunundan sonra Fransaya yollanıb. Parisdə olduğu müddətdə o, Vanda Naranın kredit kartını ləğv etmişdi və onun şəxsi təyyarəsindən istifadə etməsini istəməmişdi.

Bunun səbəbi isə gecə saatlarında aydın olub. Argentinalı “Instagram”da hekayə paylaşaraq keçmiş komanda yoldaşı Keyta Baldenin həyat yoldaşı Simona Quatyerini aldatdığını bildirib.

Bununla da kifayətlənməyən İkardi Simona Quatieriyə (Keyta Baldenin həyat yoldaşı) mesaj göndərərək ərinin onu aldatdığını bildirib.

Argentinalı futbolçu sosial şəbəkədə Keytanın həyat yoldaşı Simona Quatieriyə mesaj yazıb və xəyanətindən danışıb. Lakin Quatieri bu məsələdə ərinin tərəfində olub. Gözəl qadın “Mənim ərim futbolçudur, qeybətçi deyil” deyib. O, deyilənlərə inanmadığını bildirib. Keyta və həyat yoldaşı gecə boyu özünü xoşbəxt ailə kimi göstərərək İkardiyə müraciət etməyə də lbiganə qalmayıblar.

Digər tərəfdən, Vanda Nara və Simona Quatierinin eyni boyunbağı taxması xəyanət iddialarının ilk ortaya çıxdığı yer olaraq göstərilir.

İddialara görə; Balde eyni boyunbağı həyat yoldaşı və Vanda Nara üçün alıb. Bu, fotoşəkillərlə nümayiş etdirilib.

Təfərrüatlar bununla da bitməyib... Vanda Nara və Keyta Baldenin eyni gündə, oxşar vaxtlarda "Xoşbəxt ol" paylaşımı da xəyanət iddialarını gücləndirib.

Keyta Balde ittihamları təkzib edib. O, Vanda Nara ilə Dubayda dostluq görüşü keçirdiyini və adının belə xəbərlərdə yer almamasını istəmədiyini bildirib.

Digər dedi-qoduət isə İkardinin xəyanəti təhlükəsizlik kameralarından və kredit kartı çıxarışlarından üzə çıxarmasıdır. İkardinin əlində Keyta Baldenin Vanda Naraya yazdığı mesajlar var.

Vanda Nara da onunla əlaqə saxlayan jurnalistə Keytanın mesajlarının skrinşotunu göndərməklə təqib iddialarını təsdiqləyib.

Sosial media hesabından atdığı hekayələri silən Mauro İkardinin son paylaşımı belədir: "Sabahınız xeyir! Bilmənizi istəyirəm ki, paparassiləri təbliğ etməyə davam etməmək üçün hekayələri sildim. Artıq hər yerdə görüblər. İndi peşman olduğumu uydururlar. Hər kəsə xoş gün arzulayıram!"


 

# 4029
avatar

Oxşar yazılar