Kərə yağı demək olar ki, hər bir azərbaycanlının soyuducusunda olan məşhur məhsullardan biridir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, həkimlər izah edirlər ki, əgər bu məhsulu hər gün qəbul etsəniz, orqanizmdə hansı dəyişikliklər baş verə bilər.
Kərə yağının sağlamlığa faydası nədən ibarətdir?
Kərə yağı tərkibində çoxlu vitaminlər, minerallar və digər faydalı maddələr daşıyır. Onun tərkibində C, A, D, E, K, B2, B6, PP vitaminləri, həmçinin maqnezium, kalsium, natrium, kalium və fosfor var. Bundan əlavə, o, omeqa-3 və omeqa-6 doymamış yağ turşuları, laurin turşusu və triptofanlarla zəngindir.
Bu səbəbdən də kərə yağı insan sağlamlığı üçün olduqca faydalıdır:
Orqanizmi ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyur,
Yaşlanma prosesini ləngidir,
Sümükləri möhkəmləndirir,
Dırnaqların və saçların böyüməsini stimullaşdırır.
Hər gün kərə yağı yesək, orqanizmdə hansı müsbət dəyişikliklər baş verəcək?
Kərə yağında olan maddələr “pis” xolesterolla mübarizə aparmağa kömək edir və ürək-damar sisteminin tonusunu dəstəkləyir. Həmçinin, dəri, saç və dırnaqları möhkəmləndirərək vaxtından əvvəl qocalmanın qarşısını alır. Kərə yağı həzm sisteminə də müsbət təsir edir və əhval-ruhiyyəni yüksəldir.
Tərkibindəki triptofan orqanizmə daxil olduqda "xoşbəxtlik hormonu" olan serotoninə çevrilir. Məhz triptofan sayəsində bu məhsul yaddaşı və diqqəti artırır, beyin funksiyalarını yaxşılaşdırır və uzunmüddətli enerji təmin edir.
Lakin diqqət!
Kərə yağı kalori baxımından zəngindir. Əgər siz ciddi pəhriz saxlayırsınızsa, bu məhsuldan istifadə zamanı ehtiyatlı olmaq lazımdır. Mütəxəssislər kərə yağının gündəlik norması kimi 25–30 qram qəbul etməyi tövsiyə edirlər.