Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
03 iyul 2025 09:22 (UTC +04:00)

Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək

Bu gün Lənkəran rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Lent.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində iyulun 3-də təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar