Sevgililər yayın sonunda nişanlanıblar və artıq dəbdəbəli bir toy planlaşdırırlar.
Məşhur futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqes, nəhayət toy tarixi və yeri barədə qərar veriblər.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 9 il birlikdə yaşadıqdan sonra cütlük gələn yay idmançının doğma vətəni olan Portuqaliyanın Madeyra adasında rəsmi olaraq evlənməyi planlaşdırır. Ən azından insayderlər belə iddia edirlər. "Jornal da Madeira"nın məlumatına görə, mərasim 2026-cı il Dünya çempionatından sonra keçiriləcək.
![]()
Cütlüyün əvvəlcə Funşal katolik katedralında evlənməyi, daha sonra isə adanın elit otellərindən birində dəbdəbəli bir toy etməyi planlaşdırdığı bildirilir. Yeri gəlmişkən, idmançının bu yeri seçməsinin səbəbi boş deyil. Otel Ronaldonun doğulduğu doğum evindən cəmi 2,4 kilometr və gəncliyində oynadığı “Nasional da Madeyra” klubunun məşq meydançasından cəmi üç mil məsafədə yerləşir.
Bütün bunlar 40 yaşlı portuqaliyalı ulduzun bu yaxınlarda 1,5 milyon funt sterlinq dəyərində qiymətli üzüklə Corcinaya evlilik təklif etməsindən sonra baş verib. Cütlük 2016-cı ildə görüşməyə başlayıb və bu ilin avqust ayında Ronaldo, nəhayət 30 yaşlı sevgilisinə evlilik təklifi edib.
![]()
Bu, Corcinanın barmağında nəhəng üzük taxdığı şəklini paylaşıb "Bəli, əlbəttə. Bu və bütün həyatımda" şərhini yazması ilə məlum olub.