Həmin mahnını 27 il sonra  yenə oxudu
17 oktyabr 2026 16:33 (UTC +04:00)

Həmin mahnını 27 il sonra yenə oxudu

0

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş 1999-cu ildə albomunun təqdimatı zamanı kameralar qarşısında beyin qanaması keçirərkən ifa etdiyi və 27 ildir repertuarına daxil etmədiyi “Dön Ne Olur” mahnısını İstanbul konsertinin açılışında yenidən səsləndirib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, müğənni 16 oktyabr 2026-cı ildə “Beraber Söylüyoruz” konsertlər silsiləsi çərçivəsində İstanbulun “Volkswagen Arena” səhnəsində pərəstişkarları ilə görüşüb.

Ebru Gündeş konsertinə uzun illər əvvəl repertuarından çıxardığı və səhnədə ifa etmədiyi “Dön Ne Olur” mahnısı ilə başlayıb.

Müğənninin 27 ildən sonra ilk dəfə canlı ifa etdiyi mahnı zalda toplaşan minlərlə tamaşaçıya duyğulu anlar yaşadıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar