Toydan 31 il sonra  bal ayına çıxdılar
17 oktyabr 2025 19:29 (UTC +04:00)

Toydan 31 il sonra bal ayına çıxdılar

0

ABŞ-ın Şimali Karolina ştatında yaşayan Şeril Bax lotereyada qazandığı pulu uzun müddətdir arzuladığı bal ayına sərf edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Bax lotereya biletini ərzaq mağazasında alıb və udacağına dair heç bir ümidi olmayıb. Ancaq həmin bilet ona 1 milyon dollar qazandırıb.

O, uduş xəbərini ərinə də çatdırıb. Onlara iki seçim təklif olunub: 20 il ərzində hər il 50 min dollar almaq və ya birdəfəlik 600 min dollar götürmək. Cütlük ikinci variantı seçib. Vergilər ödənildikdən sonra onların əlində təxminən 430 min dollar qalıb. Bu pulu isə birgə istirahət və bal ayı səfərinə xərcləməyi planlaşdırıblar.

Bax bildirib ki, əri ilə birlikdə 31 il ərzində evliliklərini qeyd etməyə heç vaxt imkanları olmayıb. İndi isə bu fürsətdən yararlanmaq qərarına gəliblər. Lotereya uduşundan qalan məbləğ isə cütlüyün borclarının bağlanmasına yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar