Ben Afflekdən gözlənilməz  ADDIM:   Cennifer Lopesi müdafiə etdi, qızının ona verdiyi  gülməli ləqəbi   AÇIQLADI
14 oktyabr 2026 18:15 (UTC +04:00)

Ben Afflekdən gözlənilməz ADDIM: Cennifer Lopesi müdafiə etdi, qızının ona verdiyi gülməli ləqəbi AÇIQLADI

0

Hollivud ulduzu Ben Afflek keçmiş həyat yoldaşı Cennifer Lopes haqqında gözlənilməz açıqlama verib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 54 yaşlı aktyor "Variety" nəşrinə müsahibəsində 57 yaşlı keçmiş həyat yoldaşı Cennifer Lopesin istedadından danışıb.

İki dəfə "Oskar" mükafatına layiq görülən Afflek bildirib ki, Lopesin yaradıcılığı kifayət qədər qiymətləndirilmir.

"Etiraf edirəm ki, bu məsələdə obyektiv olmaya bilərəm. Onun bacarıqlarına böyük hörmət və heyranlıq duyuram".

Afflek kino mükafatlarının nəticələrinin hər zaman onun şəxsi fikirləri ilə üst-üstə düşmədiyini də vurğulayıb. Onun sözlərinə görə, kino sənayesində mükafatların verilməsi kifayət qədər subyektiv prosesdir və bəzən uğurlu işlər layiq olduğu diqqətdən kənarda qalır.

Müsahibənin ən maraqlı məqamlarından biri isə aktyorun böyük qızının ona verdiyi ləqəblə bağlı olub.

Ben Afflek son illərdə sosial şəbəkələrdə dəfələrlə zarafatların qəhrəmanına çevrilib. Xüsusilə onun yorğun və kədərli üz ifadəsi ilə çəkilən fotoları internetdə geniş yayılıb.

Siqaret çəkərkən, "Dunkin'" sifarişini əlindən salarkən və kədərli Betmen obrazında görüntülənən aktyorun fotoları istifadəçilər arasında zarafat mövzusuna çevrilib. Məlum olub ki, aktyorun internetdəki bu məşhurluğu ailəsində də diqqətdən yayınmayıb.

Afflekin böyük qızı Vayolet atasına "həyatdan bezmiş kişi" və ya "əzabkeş adam" ləqəbi verib. Aktyor qızının ona qoyduğu bu ləqəbi gülərək xatırlayıb.

Qeyd edək ki, Ben Afflekin keçmiş həyat yoldaşı, aktrisa Cennifer Qarnerdən üç övladı var. Onlar 20 yaşlı Vayolet, 17 yaşlı Fin və 14 yaşlı Samueldir.

Afflek və Qarner 2005–2018-ci illərdə evli olublar.

Aktyor və müğənni boşandıqdan sonra "Hörümçək qadının öpüşü" filmində birlikdə çalışıblar. Ekran əsəri onların nikahının rəsmi şəkildə sona çatmasından təxminən yeddi ay sonra, 2025-ci ildə nümayiş etdirilib.

Filmdə Lopesin aktyor oyunu müsbət rəylər qazansa da, mükafat mövsümündə gözlənilən diqqəti görməyib. Qeyd edək ki, sənətçi 2019-cu ildə çəkildiyi "Striptizçilər" filmindəki roluna görə də "Oskar" nominasiyası əldə edə bilməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar