Türkiyəli aktrisa Rabia Soytürkün yeni sevgilisi ilə ilk görüntüləri yayılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa “Beşiktaş” klubunun prezidenti Serdal Adalının oğlu Serhan Adalı ilə eşq münasibəti yaşayır.

Cütlük ilk dəfə İstanbulun Etiler səmtində yerləşən məkanlardan birindən çıxarkən jurnalistlərin kameralarına tuş gəlib. Qarşılarında mətbuat nümayəndələrini görən sevgililər qısa müddətlik təəccüb yaşayıblar. Bu zaman mühafizə əməkdaşlarından biri onların görüntülənməsinə mane olmağa çalışıb. Lakin jurnalistlər cütlüyün fotolarını çəkə biliblər.

Müxbirlərin “Yeni münasibətiniz xeyirli olsun” sözlərinə Rabia Soytürk və Serhan Adalı təşəkkür edərək ərazidən uzaqlaşıblar.
