İran qəzeti Karla Brunini “fahişə” adlandırdı
30 avqust 2010 10:44 (UTC +04:00)

İran qəzeti Karla Brunini “fahişə” adlandırdı

Lent.az-ın “The Daily Mail”ə istinadən verdiyi məlumata görə, qəzet Brunini “fahişə” adlandırıb.

Bu günlərdə qəzetdə “Fransız fahişələr hüquq mühafizəçilərinin etirazına qoşuldular” (“French prostitutes join the human rights protest”) başlıqlı məqalə dərc olunub. Həmin məqalədə Karla Bruninin və onun rəfiqəsi, fransalı aktrisa İzabel Acaninin adı çəkilir. Material Bruni və Acaninin İranda daş-qalaq edilərək edam cəzasına məhkum edilmiş 43 yaşlı Səkinə Məhəmmədi Aştianinin müdafiəsinə qalxmalarından sonra dərc olunub.

Qeyd edək ki, milliyətcə azərbaycanlı olan Səkinə 2006-cı ildə xəyanətdə və həyat yoldaşının qətlində ittiham edilib. O, əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirib. Artıq onlarla hüquq müdafiə təşkilatı, eləcə də bir çox ölkələr İran hökumətinin qərarını tənqid edib.

Karla Bruni isə bir neçə gün öncə Aştianinin müdafiəsi ilə bağlı açıq məktub yazıb. Buna cavab olaraq “Kayhan” qəzeti məqalə ilə çıxış edərək, Fransa prezidentinin həyat yoldaşının müxtəlif şəxslərlə eşq macəralarını sadalayıb. İran televiziyası isə Bruninin öz əxlaqsız hərəkətlərinə haqq qazandırmaq üçün Səkinənin müdafiəsinə qalxdığını bəyan edib.

Yelisey sarayı hələlik İran qəzetinin təhqirini şərh etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü  - VİDEO

Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO

19 iyul 2025 , 19:22