Gəncə Memorial Kompleksi  yaradıldı
20 oktyabr 2026 15:54 (UTC +04:00)

Gəncə Memorial Kompleksi yaradıldı

0

Prezident İlham Əliyev “Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb.

Nazirlər Kabineti:

Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etsin;

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar