“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək
20 oktyabr 2026 16:54 (UTC +04:00)

“Azəriqaz” rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək

0

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu oktyabrın 23-də saat 11:00-da Ağcabədi şəhərində (Heydər Əliyev prospekti 213A, Yeni Azərbaycan Partiyası Ağcabədi Rayon Təşkilatının inzibati binası) keçiriləcək.

"Azəriqaz"dan Lent.az-a bildirilib ki, görüşdə Ağcabədi və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-74-14; 050-243-22-08) müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar