Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin  modeldən olan qızı
20 oktyabr 2026 19:07 (UTC +04:00)

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin modeldən olan qızı

0

İtalyan-fransız əsilli top model və müğənni Karla Bruni, Fransanın 23-cü prezidenti Nikolya Sarkozidən olan qızı Culiya Sarkozinin şəklini paylaşıb. Paylaşım onun “Instagram” səhifəsində yerləşdirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, model varisini 15 yaşı münasibətilə təbrik edib. O, burgə şəkillərini paylaşıb. Şəkildə qız qırmızı köynəkdə, saçları aşağı salınmış və kirpikləri uzadılmış vəziyyətdə poza verib. Başqa bir şəkildə yeniyetmə Eyfel qülləsinin fonunda qara köynək və mavi cins şalvarda görünür.

Picture background

"Səninlə 15 il xoşbəxtlik! Ad günün mübarək, gözəl sevimli qızım", - model şərhində yazıb.

Picture backgroundPicture background

Məlumdur ki, Culiya Sarkozi Parisdə xarici dilləri dərindən öyrənən özəl beynəlxalq məktəbdə oxuyur və atçılıqla məşğul olur. Bruninin həmçinin məşhur fəlsəfə müəllimi və radio aparıcısı Rafael Entovendən 25 yaşlı Orelen Entoven adlı bir oğlu var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar