21 il əvvəl itkin düşən alpinistin cəsədi tapıldı
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Uilyam Holandın cəsədini 2 həftə öncə sıldırım qayalarda gəzən turistlər tapıb.
Men ştatından olan amerikalı alpinist 1989-cu ildə Kanadanın Banf Milli Parkında itkin düşüb. Dağa dırmaşan zaman 38 yaşlı kişi 300 metr hündürlükdən aşağı yuvarlanıb. Onun dostları bu barədə xilasedicilərə xəbər versələr də, dağda qar uçqunu baş verdiyindən, ertəsi gün axtarışlar dayanıb.
Uilyam Holandın cəsədi və onun geyimi yaxşı vəziyyətdə qalıb. Çünki cəsəd uzun müddət qar altında donmuş vəziyyətdə olub. Cəsəd ancaq indi qar əriməsi nəticəsində tapılıb.
Jurnalistlər bildirirlər ki, Holandın seçdiyi marşrut çox təhlükəli olması ilə seçilir. Həmin marşrutda onlarla alpinist həlak olub.

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO
20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü
20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü
20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu
20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı
20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53