Bu şəkil səfirin sonu oldu
30 avqust 2010 18:13 (UTC +04:00)

Bu şəkil səfirin sonu oldu

Estoniya mətbuatı Belorusdakı Estoniya səfiri Harri Lahteinin gecə qadınlarla əylənərkən çəkilmiş fotolarını yayımlayıb.


Lent.az-ın Estoniya mətbuatına istinadən verdiyi məlumata görə, qalmaqal Estoniya mətbuatına göndərilən imzasız bir məktubla üzə çıxıb. Minskdə yaşayan 20 yaşlı bir qadın məktubunda 1 il əvvəl eston səfirlə tanış olduğunu və onun cinsi təcavüzünə məruz qaldığını iddia edib. Qadın bunun qarşılığında səfirdən dostları üçün Şengen vizası aldığını bildirib.


Həmin qadın Harri Lahteinin gecə qadınlarla əylənərkən çəkilmiş 16 şəklini də qəzetlərə yollayıb. Ölkədə böyük olay yaradan qalmaqalın ardından Harri Lahteinin təcavüzünə uğradığını söyləyən 4 qadın da ortaya çıxıb. Estoniya Xarici İşlər Naziri olayın böyüdüyünü nəzərə alaraq səfirlə bağlı araşdırmaya başlanıldığını açıqlayıb. Subay olan Harri Lahtein isə istefa vermək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü  - VİDEO

Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO

19 iyul 2025 , 19:22