“Sizi görüm vəba xəstəliyinə tutulasınız...”
İsrailin nüfuzlu din adamlarından olan 80 yaşlı Ovadia Yosef siniqoqda moizəsi zamanı fələstinlilərə və Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbasa qarğış edib. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Ovadia Yosef fələstinliləri və Mahmud Abbası İsrailin amansız düşmənləri adlandırıb və onların vəbaya xəstəliyinə tutularaq yox olmalarını istəyib.
Qeyd edək ki, Ovadia Yosef hazırkı İsrail hökumətində koalisiya ortaqlarından olan radikal sağçı Şaş Partiyasının mənəvi lideri statusundadır.
ABŞ isə bu həftənin cümə axşamı Vaşinqtonda başlayacaq Fələstin-İsrail görüşlərindən əvvəl yəhudi din xadiminin belə qarğış etməsindən narazı qalıb. Ağ Evin sözçüsü Filip Krouli deyib ki, din xadiminin sözləri fələstinlilərin şərəf və ləyaqətini təhqir edir: “Bu təhqirlər sülh prosesinə də zərər verir”.
Qeyd edək ki, İsrail Nazirlər Kabineti də yazılı açıqlama yayaraq din xadiminin sözlərinin baş nazir Benyamin Netanyahunun mövqeyini əks etdirmədiyini vurğulayıb.

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO
20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü
20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü
20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu
20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı
20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53