İsraildə də neft yatağı tapıldı
Deyəsən, İsrail də neftdən asılılıqdan qurtulmaq üzrədir. Hayfa körfəzində 4,2 milyard barrel neftin olduğunu ehtimal edilir. Ölkənin «Delek Group Ltd» araşdırma şirkəti İsrail ərazisində neft yatağının axtarışı ilə məşğul olan mütəxəssislərə istinad edərək bildirib ki, işə başlamaq üçün az da olsa tərəddüdlər var.
Araşdırıcıların fikrincə, bu yaxınlarda Aralıq dənizdə aşkarlanmış «Leviafan» təbii qaz yatağından 5 km dərinlikdə iki neft yatağı mövcuddur.
Lent.az «Associated Press»-ə istinadən bildirir ki, bu ehtimallar təsdiqlənərsə, oktyabr ayında sınaq buruğun qazılacağı gözlənilir.
Mütəxəssislər isə bildirib ki, yataqlardan birində 3 milyard barrel, 1,2 milyard barrel neft mövcuddur.
Müqayisə üçün qeyd edək ki, İsrail hər il orta hesabla 70 milyon barrel neft istehlak edərək, 211 dövlət və qurum arasında 42-ci yeri tutur.
Bundan başqa, İsrailin ABŞ-dan hərbi məqsədlə iri həcmdə, 2 milyard dollarlıq yanacaq gətirdiyi haqda da xəbərlər yayılıb. Onların arasında «JP-8» markalı aviayanacağın olması «hərbi əməliyyatların payızda başlayacağından xəbər verir». Çünki bu yanacaq 38 dərəcə C-də qaynayır.
Sədrəddin Soltan

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO
20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü
20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü
20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu
20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı
20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53