«Lukoyl» İrana neft məhsulu satmasını təkzib edir
30 avqust 2010 18:00 (UTC +04:00)

«Lukoyl» İrana neft məhsulu satmasını təkzib edir

Lent.az-ın «qazeta.ru»-ya istinadən məlumatında bildirilib ki, «Lukoyl» İran ərazisinə neft məhsulları tədarük etmədiklərini bəyan edib.

«Lukoyl»-un rəsmi açıqlamasında vurğulanıb ki, nə şirkətin özündən, nə də törəmə qurumlarından İran ərazisinə neft məhsulları satılmayıb.

Xatırladaq ki, bir müddət öncə «Lukoyl» şirkəti Çinin «Zhuhai Zhenrong» şirkəti ilə birlikdə İslam Respublikasına neft məhsulları tədarükünü bərpa etdiyi haqda xəbər yayılmışdı. «Reuters» məlumat yaymışdı ki, «Lukoyl»-un «Litasko» bölməsi və «Zhenrong» birlikdə 250 min barrel neft məhsulunu İranın Bəndər-Abbas limanına gətirib.

Məlumatda bildirilirdi ki, ötən həftənin sonunadək «Litasko» bu limana məhsulların ikinci partiyasını gətirməyi də planlaşdırır.«Lukoyl»-un təmsilçsi «Reuters»-ə bildirib ki, əvvəl imzalanmış müqavilədən qalan məhsulları gətiriblər. O, məsələyə dair ətraflı məlumat verməkdən yayınıb.

Qeyd edək ki, Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının 4-cü, hələlik sonuncu qətnaməsini səs verənlərdəndir. Bununla belə, onlar İslam Respublikasının neft-qaz sahəsinə qarşı sanksiyada nəzərdə tutulan tədbirləri dəstəkləməkdən imtina edirlər. Bu il iyulun ortalarında Rusiyanın energetika naziri Sergey Şmatko bildirmişdi ki, İranın şərtləri «ticarət baxımından maraqlı və cəlbedici» olduğundan ölkəsinin şirkətləri İslam Respublikasına neft məhsulları verməyə hazırdır.

Bu ilin aprelində «Lukoyl» İranın «Anaran» neft yatağında fəaliyyətini dayandırdığını bəyan etmişdi. Onun bu addımı «beynəlxalq sanksiyalara tuş gəlməmək istəyi» ilə izah olunmuşdu. Qeyd edək ki, «Lukoyl»un ABŞ-da 1500 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkətin səhmlərinin 20,6 faizi «Lukyol»un prezidenti Vahid Ələkbərova, 9,25 faizi isə onun müavini Leonid Feduna məxsusdur. Aksiyaların 20 faizi isə ABŞ-ın «ConocoPhillips» firmasındadır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 928

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü  - VİDEO

Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO

19 iyul 2025 , 19:22