Ənənəvi elektrik lampaların satışı qadağan olunmağa başladı
Avropa Birliyi ənənəvi elektrik işıqlandırma lampalarının satışının qadağan edilməsi barədə qərar qəbul edib.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının təşəbbüsü ilə qəbul edilən qərarın məqsədi Avropa Birliyinin enerjiyə qənaət strategiyasını həyata keçirməkdir.
Ənənəvi elektrik lampalarının satışı mərhələ-mərhələ dayandırılacaq. Avropa Birliyinin 27 dövlətində avqustun 31-dən 100 vattlıq ənənəvi elektrik işıqlandırma lampalarının satışı qadağan olunub. Qərara görə, 2010-cu ilin sentyabrından 75 vatt, 2011-ci ilin sentyabrından 60 vatt, 2012-ci ilin sentyabrından 40 və 20 vattlıq elektrik lampalarının satışı dayandırılacaq.
Ənənəvi lampaların yeni, elektrik enerjisini 80 faiz az işlədən lampalarla əvəzlənməsi nəzərdə tutulub. Bu yeni lampalar baha olsalar da, istismar dövrü çoxdur. Yeni nəsil lampalar Avropa Birliyi miqyasında enerji istehlakını il ərzində 5-10 milyard avro civarında azaltmağa imkan verəcək. Bu, hər bir ailənin enerjiyə 50-166 avro az pul xərcləməsi deməkdir.

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO
20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü
20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü
20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu
20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı
20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53