14 yaşlı qızın boyunun hündürlüyü 2 metr 5 santimetrə çatıb!
Braziliyada boyunun hündürlüyü 2 metr 5 santimetr olan Elisani Silva adlı qız yaşayır. Lent.az-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, 14 yaşlı yeniyetmə qızın boyu uzanmaqda davam edir.
Elisani Silvanın boyu hər il 14 santimetrə qədər artır və bu, patologiya sayılır. Həkimlər hələ qıza kömək edə bilmirlər, çünki onun valideynləri tibbi xərcləri ödəmək imkanında deyillər.
Həkimlər bildirirlər ki, Elisani Silvanın boyunun sürətlə uzanmasının səbəbi orqanizmin böyüməsinə və inkişafına təsir göstərən daxili sekresiya vəzisinin - hipofizin işinin pozulmasıdır. Yəni qızın sağlamlığı təhlükə altındadır və müalicəyə ehtiyacı var.
Elisani Silva boyunun çox hündür olması səbəbindən məktəb məşğələlərinə getməyi də artıq dayandırıb, çünki uşaqları aparan avtobusa yerləşə bilmir. Qız özü də qəzetə açıqlamasında deyib ki, boyu onun üçün əlverişsiz şərait yaradır: “Tez-tez başımın evin tavanına dəyməsindən qorxuram. Çox istərdim ki, boyumun uzanması dayansın. Həmyaşıdlarım kimi olmaq istəyirəm”.
Elisani Silva gələcəkdə model olmaq istədiyini də dilə gətirib.

Oxşar yazılar

Rusiya Zaporojyeni vurdu
20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı
20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO
19 iyul 2025 , 19:22
Zorlanan 12 yaşlı qız doğuş zamanı öldü
19 iyul 2025 , 17:24
"Vaqner"in nəzarətində olan mədəndə ATIŞMA: 10 nəfər öldü
19 iyul 2025 , 11:30