Rusiyalı nazir: “Araq içənlər dövlətə yardım edir”
Görünür, bu dəfə rus çinovniklər xalqı bu sevgidən məhrum etməklə deyil, daha da həvəsləndirməklə problemlərin kolxozsayağı həllinə ümid edirlər. Rusiyanın maliyyə naziri Aleksey Kurdinin “İnterfax”a dünənki müsahibəsi bütün dünyanın diqqətini cəlb edib. Nazirin fikrincə, siqaret çəkən və araq içən insanlar dövlətin büdcəsini doldurmağa kömək edirlər: “Bunu başa düşün: siqaret çəkən və araq içənlər dövlətə yardım edir. Məsələn kim 1 qutu siqaret alırsa, demoqrafiya və sosial xidmət sektorundakı vəziyyəti yaxşılaşdırmaq üçün büdcəni formalaşdırmağa yardım etmiş olur”.
Nazirin bu bəyanatı ağlabatan olsa da ziddiyyətlidir. Rusiyada hər il alkoqolizmdən yarım milyon insan vəfat edir. Ölkədə orta yaş həddi ən kasıb ölkələr səviyyəsinə enib (60). Moskvada isə dünəndən etibarən gecə saatlarında spirtli içki satışı qadağan edilib.
Mərhum prezident Heydər Əliyev isə 1996-cı ildə çay fabrikinin açılışı zamanı insanlara spirtli içkilərə meyl etməməyi tövsiyə edib: “Mən çox istərdim ki, xalqımız ancaq çay içsin, insanlar spirtli içkilərə, onların həyatına ziyan vuran cürbəcür içkilərə meyl etməsinlər... Nə qədər çox içsəniz, o qədər sağlam olacaqsınız, yaxşı işləyəcəksiniz”.
Vüqar Ələsgərov

Oxşar yazılar

Rusiya Zaporojyeni vurdu
20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı
20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı
19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI
19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO
19 iyul 2025 , 19:22
Zorlanan 12 yaşlı qız doğuş zamanı öldü
19 iyul 2025 , 17:24
"Vaqner"in nəzarətində olan mədəndə ATIŞMA: 10 nəfər öldü
19 iyul 2025 , 11:30