Fələstin rəsmisi Əhmədinijata «fırıldaqçı» dedi
06 sentyabr 2010 13:59 (UTC +04:00)

Fələstin rəsmisi Əhmədinijata «fırıldaqçı» dedi

Ötən gün Fələstin sədri Mahmud Abbas Liviyada rəsmi səfərdə olub. Onun yaxın ətrafı İran prezidenti Mahmud Əhmədinijatı kəskin tənqid edib.

Qeyd edək ki, İslam Respublikasının hökumət başçısı Əhmədinijat «Qüds günü» mərasimində Fələstin Muxtariyyatının lideri Mahmud Abbas hakimiyyətinin «legitim olmadığını» və onu Fələstin xalqının maraqlarını «satdığını», muxtar ərazidə «müstəqil referendumun» keçirilməsini söyləmişdi.

Fələstin Muxtariyyatının təmsilçisi Nabil Əbu Rudeyn deyib ki, İsraillə danışıqlara bərpa etdiyinə görə, Əhmədinijatın onların tənqid etməyə «haqqı yoxdur». Onun sözlərinə görə, İran prezidenti «İran xalqı adından danışmaq haqqına da malik deyil». O, Əhmədinijatı 2009-cu ilin yayında İran keçirilmiş prezident seçkisində törədilən çox saylı qanun pozuntusuna, siyasi kampaniyanın rəsmi nəticələrini saxtalaşdırıldığına görə tənqid edib: «Əhmədinijat seçkinin nəticələrini saxtalaşdıraraq, fırıldaq yolu ilə hakimiyyətə gəlib. Belə bir adamın Fələstin haqqında danışmaq haqqı yoxdur».

«Qüds günü»nə həsr olunmuş tədbirdə çıxışı zamanı Fələstinlə İsrail arasındakı birbaşa danışıqların uğur qazanacağına inanmır. Onun sözlərinə görə, «düşmənlə danışıq deyil», münaqişənin yeganə həll yolu müqavimətdir.

Yeri gəlmişkən, ABŞ Dövlət Depatamenti təmsilçisinin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyatının sədri Mahmud Abbas sentyabrın 14-də Misirin Şarm Əş–Şeyx şəhərində, bir gün sonra Qüdsdə görüşəcək.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38