Dünyanın ən balaca adamı tapıldı – FOTO
06 sentyabr 2010 17:06 (UTC +04:00)

Dünyanın ən balaca adamı tapıldı – FOTO

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Eduard Nino Ernandesin boyu 70 santimetr, çəkisi isə cəmi 10 kiloqramdır.

Ernandesin 24 yaşı var. O, dünyanın ən balaca adamı kimi Ginnesin rekordlar Kitabına düşüb.

Eduardın anası bildirib ki, oğlunun 2 yaşı olanda, onun boyunun artması dayanıb. O, doğulandan sonra cəmi 40 santimetr artıb. Bu zaman “rekordçu” öz bədənindən razıdır: “Mən unikal olduğuma görə xoşbəxtəm”.

Ernandes rəqs etməklə pul qazanır və hətta filmə çəkilir. Hazırda o, hansısa kriminal filmdə narkotik alverçisi rolunu oynayır.

Qeyd edək ki, bu vaxta qədər dünyanın ən alçaq boylu şəxsi mart ayında vəfat edən çinli Xe Pinpin sayılırdı. Amma indi məlum olub ki, Pinpin ən balaca adam olmayıb – o, Ernandesdən 4 santimetr uca olub.

Amma Ernandesin də “hakimiyyəti” uzun çəkməyəcək. Bu ilin oktyabrında nepallı Xaqendra Tapa Maqarın 18 yaşı olacaq. Onun boyu isə cəmi 56 santimetrdir. O, yetkinlik yaşına çatandan sonra bu titula yiyələnəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38